29 avqust 2023 00:10
322

“Neftçi” 4-cü dəfə Dünya Qadın Seriyasının mərhələ qalibi olub

“Neftçi” klubu Macarıstanda təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qalibi olub.

“İki sahil” xəbər verir ki,  Azərbaycan komandası 4-cü dəfə buna nail olub.

Bakı klubu finalda Almaniyanın “Düsseldorf Zoos” klubuna 21:10 hesabı ilə qalib gəlib.

Debretsen mərhələsinin ən dəyərli oyunçusu (MVP) “Neftçi”nin üzvü Bryana Freyzer seçilib.