29 avqust 2023 00:08
305

“Beşiktaş”ın oyunçusu Portuqaliya klubuna keçdi

“Beşiktaş” futbolçusu Fransisko Monteronu Portuqaliyayanın “Arouka” klubuna icarəyə verib.

“İki sahil” xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçu 2023/2024 mövsümünü icarə əsasında “Arouka”da oynayacaq.

24 yaşlı futbolçu sağlamlıq yoxlamasından keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.