28 avqust 2023 17:20
369

Messinin oğlu "İnter Mayami"də

 Lionel Messinin oğlu Tiaqo Messi "İnter Mayami"nin akademiyasına qatılıb.

"İki sahil" "Daily Mail"ə istinadən xəbər verir ki, 11 yaşlı Tiaqo klubun 12 yaşa qədər futbolçular üçün komandasında oynayacaq.

Qeyd edək ki, bu mövsüm L. Messi "İnter Mayami"nin heyətində bütün turnirlərdə 9 oyuna çıxıb, 11 qol vurub və 3 qolun ötürməsini verib.

Xatırladaq ki, argentinalı futbolçu bu yay ABŞ təmsilçisinə transfer olunub.