"Bavariya"nın qapıçısı Manuel Noyer zədəsini sağaldaraq komanda ilə məşqlərə qayıdıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Bild Bayern” məlumat yayıb.
37 yaşlı qolkiper uzun müddət fasilədən sonra bu gün komanda ilə ümumi məşqlərdə iştirak edib.
Qeyd edək ki, Noyer ötən ilin sonunda xizək sürərkən ayağını sındırmışdı.
Xatırladaq ki, almaniyalı qapıçı 2011-ci ildən Münhen təmsilçisində oynayır.