“Fənərbaxça” heyətinə yeni futbolçu qatıb.
"İki sahil" klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Misi “El Mokavlun”undan Omar Fayedi transfer edib. 20 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Omar Fayed “El Mokavlun”un yetirməsidir. O, bu komandanın əsas heyətində 29 rəsmi matçda meydana çıxıb.