17 avqust 2023 14:20
331

Britaniyalı funksioner yenidən Ümumdünya Atletikasının prerzidenti seçilib

Böyük britaniyalı Sebastyan Kou yenidən Ümumdünya Atletikasının (World Athletics) prerzidenti seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Seçki təşkilatın 54-cü Konqresində gerçəkləşib.

Qeyd edək ki, Sebastyan Kou 2015-ci ildən quruma rəhbərlik edir.