17 avqust 2023 10:23
373

Qvardiola bunu bacaran ilk məşqçidir

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yeni uğura imza atıb.

“İki sahil” xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Mütəxəssis tarixdə 3 klubla UEFA Superkubokunu qazanan ilk məşqçi olub.

Ötən gecə onun komandası UEFA Superkuboku uğrunda görüşdə "Sevilya"ya qalib gəlib (1:1, penaltilər seriyası - 5:4).

Əvvəllər Qvardiola 2009-cu və 2011-ci ildə "Barselona" ilə, 2013-cü ildə isə "Bavariya" ilə bu kuboku qazanıb.