16 avqust 2023 17:03
383

"Barselona"nın sabiq futbolçusu klubun idman direktoru oldu

Portuqaliya millisinin sabiq futbolçusu Deku İspaniyanın "Barselona" klubunun idman direktoru təyin olunub.

“İki sahil” Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Deku 2004-2008-ci illərdə "Barselona"da çıxış edib. O, komanda ilə iki dəfə İspaniya çempionu olub və bir dəfə UEFA Çempionlar Liqasını qazanıb.