16 avqust 2023 15:55
327

"Roma"dan 1 gündə 2-ci transfer

"Roma" PSJ-nin futbolçusu Renatu Sanşeşi 2023/2024 mövsümü üçün icarəyə götürüb.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. "Roma" müəyyən tələblər yerinə yetirildiyi təqdirdə mövsümün sonunda portuqaliyalı yarımmüdafiəçini məcburi birdəfəlik almaq hüququna malik olacaq. 

Qeyd edək ki, "Roma" bu gün PSJ-dən Leandro Paredesi də transfer edib