16 avqust 2023 14:01
324

PSJ-dən "Roma"ya 

"Roma" PSJ-dən yarımmüdafiəçi Leandro Paredesi transfer edib.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliya klubunun saytı məlumat yayıb. Argentina millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı Paredes 2014-2017-ci illərdə "Roma"da çıxış edib. Daha sonra “Yuventus” və PSJ-də oynayıb.