16 avqust 2023 11:57
332

Azərbaycan millisinin Estoniya ilə oyununun stadionu müəyyənləşdi

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.

“İki sahil” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 13-də Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.