15 avqust 2023 14:52
355

“Sabah”dan ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubu ilə müqavilə bağlayıb

“Sabah”dan ayrılan Coy Lens Mikels Səudiyyə Ərəbistanı klubu “Əl-Faysal”la müqavilə bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Harmah təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, almaniyalı futbolçunun imzalanma mərasimində klubun idarə heyətinin sədri Əbdül Məcid bin Əbdüləziz Əl-Aimin iştirak edib. 29 yaşlı hücumçunun müqavilə müddəti barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, 2021-ci ildən “Sabah”da çıxış edən Coy Lens Mikels 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında keçirdiyi 35 oyunda 17 qol vurub.