15 avqust 2023 14:26
699

Ordu quruculuğu, innovasiya yönümlü müdafiə sənayesi...

Bildiyimiz kimi güclü ordu ilə güclü dövlət, o cümlədən güclü müdafiə sənayesi anlayışları bir yerdə vəhdətlik təşkil edir. Çünki, müstəqil dövlətin nüfuzu, onun iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı malik olduğu müdafiə gücü, onun da arxasında dayanan müdafiə sənayesinin qüdrəti ilə də ölçülür.

Bununla əlaqədar müdafiə sənayesi sferası üzrə beynəlxalq təcrübə mübadiləsi, onun prioritet istiqamətlərinə, o cümlədən innovasiyalar yönümlü müasir ordu quruculuğuna əsaslı töhvələr verir. Bu fəaliyyət, həm də müdafiə sənayesi sferasında həyata keçirilən aktual hərbi yenilikləri, beynəlxalq əhəmiyyətli laylhələri öyrənmək baxımından xüsusi önəm daşıyır. Başlıca məqsəd isə ordu quruculuğu istiqamətində həyata keçirilən müasir müdafiə sənayesi təsissatlarını təkmilləşdirmək, innovativ yenilikləri mənimsəmək, onları yaxından öyrənmək və tədbiqi əsaslarını bilməkdir.

 Azərbaycanda milli innovativ müdafiə sənayesi quruculuğu istiqamətində həyata keçirilən mütərəqqi layihələr, bu gün də özünə məxsus kreativ yanaşmalarla çoxvektorlu şərəfli bir yol keçir. Həmçinin müstəqil Azərbaycanın peşəkar hərbi sferası, onun güclü maddi - texniki bazası, müasir texnika və texnoloji silahlara malik olan, müasir standartlara cavab verən müdafiə sənayesi, mütərəqqi beynəlxalq təcrübələrə istinad edilərək təkmilləşdirilməkdə də davam etdir. Bu baxımdan ölkəmizdə dövlətin və dövlətçiliyin əsas sütunu, təminatlı güclü orduya, möhkəm siyasi iradəyə, o cümlədən müasir tələblərə cavab verən, onun inkişaf istiqamətlərini özündə ehtiva edən innovasiyalar yönümlü müdafiə sənayesinin dinamikasına söykən diyi də danılmaz faktlardandır.

Bu məqsədlə də Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və texnoloji silahlarla zənginləşdirilmiş, bu sahədə beynəlxalq təcrübə əsas götürülmüşdür. Odur ki, ölkə başçısının da bildirdiyi kimi böyük iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzdində fəaliyyət göstərən müəssisələrdə 1000-dən çox adda müdafiə təyinatlı məmulatların hazırlanması və istehsalı, ölkəmizin bu yöndə hərbi qüdrətinin, onun müdafiə potensialının artmasına bariz nümunədir. Bununla da Milli Müdafiə Sənayemiz, bu sferada əldə edilən öz üstün nailiyyətlərilə respublikamızın milli təhlükəsizliyinin, dövlətimizin əmin-amanlığının, və eləcə də sərhədbütövlüyünün qorunmasın təmin edilməsində ordumuzun təminat və təchizat sferasına mühüm töhvələr verir.

Digər tərəfdən Azərbaycan Respublikası 1994-cü ildən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuş və bu istiqamətdə NATO standartlarına uyğun “KOMANDON” təyinatlı hərbi birliklərin qurulması, ordumuzun qarşısında duran həlli vacib məslələlərdən biri kimi əsas prioritet elan olunmuşdur. Burada əsas məqsəd innovasiya siyasətini əldə rəhbər tutmaq, müdafiə sənayesini daha da inkişaf etdirmək, NATO yönümlü prespektivli layihələrə qarşılıqlı səmərəli əməkdaşlıq prinsipləri əsasında yaxından inteqrasiya olunmaqdır. Əminik ki, dövlətimiz gücləndikcə, Milli Müdafiə Sənayemiz də güclənəcək və bu gün Azərbaycanın hərbi potensialı, ordumuzun döyüş qabiliyyəti, öz təchizat və təminatına görə nəinki bölgədə, bu gedişlə də dünya miqyasında güclü ordular sırasına daxil olacaqdır. Məlumumuzdur ki, bu gün Milli Ordumuzun malik olduğu silah və texnikanın 80 faizindən çoxu yenilənib, ordumuz innovasiyalar yönümlü siyasətə uyğun olaraq ən müasir silahlarla təchiz olunmaqda da davam edir. Hazırda arxasında güclü Milli Müdafiə Sənayesi duran qüdrətli Azərbaycan Ordusu regionda və hərbi tərəfdaşımız olan NATO alyansı çərçivəsində istənilən döyüş tapşırığını, o cümlədən hücum əməliyyatlarını yerinə yetirməyə qadirdir və bu baxımdan da şəxsi heyətin döyüş ruhu daim yüksəkdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq beynəlxalq təcrübə mübadiləsi, o cümlədən dünya trendləri, xüsusilə ABŞ-ın (Amerika Birləşmiş Dövlətlərinin)  Müdafiə Sənayesi sferasına aid müasir nümunələri və eləcə də digər tərəfdaş ölkələrin, o cümlədən Türkiyə Cumhuriyyəti, İsrail dövləti, Pakistan Respublikası və digər qərbyönümlü inkişaf etmiş ölkələrin əldə etdikləri innovativ hərbi yeniliklər, onun qısa xronikası peşəkar prinsiplərlə təhlil edilərək geniş oxucu kütləsi üçün təqdim olunur.

Yeni anti-dron silahların hazırlanması

“Leonidas” qapalı məkanlarda və ya əhalinin sıx məskunlaşdığı ərazilərdə tək və ya qrup hədəfləri zərərsizləşdirmək gücünə və dəqiqliyinə malik olan elektron əks təsir sistemidir. Faktiki olaraq, bu, elektronikanı söndürməyə qadir olan qallium-nitridi əsasında elektron komponentlərdən ibarət impulslu elektromaqnit şüalandırıcıdır. O, həm konkret hədəfi söndürmək, həm də uçuşa qadağan zona təşkil etmək üçün daimi şüalanma rejimində işləyir. “Leonidas” sistemində impulslu elektromaqnit silahını “Stryker” zirehli maşınına inteqrasiya edilməsi nəzərdə tutulur. Burada, həmçinin PUA-larla yanaşı, “Leonidas” sistemi kifayət qədər bahalı olan kinetik döyüş sursatlarından istifadə etmədən kompüterləri, radioelektron mübarizə sistemlərinin bort elektronikasını sıradan çıxara bilər.

Yüksəksürətli VTOL - SPRINT təyyarəsi  DARPA

Bu təyyarə yük daşımağa qadir olan böyük en kəsikli gövdəyə malikdir; yanlarda hava girişləri yerləşdirilir. Eyni zamanda, təyyarənin gövdəsinin aerodinamikası və digər dizayn xüsusiyyətləri yüksək uçuş sürətini təmin edir. Bu halda şaquli qalxan və enən təyyarədən danışıq aparmaq mümkündür. Ayrı-ayrı mühərriklər sayəsində o, yerindən qalxıb-enə, sonra isə səviyyəli uçuşa keçə bilir. Eyni zamanda, özəl dizayn vasitəsilə hərəkət edərək şərti uçuşu da reallaşdıra bilər.

Tiltrotordan (Rotor gəmisi, qaldırıcının bir və ya iki rotor və qanaddan ibarət birləşmiş daşıyıcı sistem tərəfindən yaradıldığı şaquli qalxma və enmə qabiliyyətinə malik aerodinamik bir təyyarədir.) helikopter variantı yaratmaq mümkün olub-olmayacağı hələ tam aydın deyil. Gələcəkdə SPRINT sayəsində xüsusi təyinatlıların və ya yüklərin daşınması bir az da sadələşdiriləcək və sürətləndiriləcək. Müvafiq eksperimental proqram təminatları ilə yaxın gələcəkdə real işlərə başlanılacaq.

DARPA-nın başqa Freedom Lifter hava nəqliyyatı

Vahid inteqrasiya olunmuş hava hücumundan müdafiə və raketdən müdafiə sistemi: IBCS

Amerikanın Northrop Grumman hərbi sənaye şirkəti tərəfindən hazırlanmış inteqrasiya edilmiş hava hücumundan müdafiə və raket əleyhinə müdafiə döyüş idarəetmə sistemi (IBCS), deyildiyi kimi, düşmənin hücumunu real vaxt rejimində dəf etməyə imkan verəcək. IBCS-ni IFPC Increment  2 yer əsaslı silah sistemi (qanadlı raketləri vura bilən) və aşağı səviyyəli hava hücumundan müdafiə, o cümlədən raketdən müdafiə sensoru (LTAMDS) ilə birləşdirərək vahid inteqrasiya edilmiş hava hücumundan müdafiə sisteminin yaradılmasını nəzərdə tutur.

JLTV ilə nüvə təhlükəsizliyini modernləşdirilməsi:

USAF

“JLTV” təkmilləşdirilmiş baxış bucağı, həssas asma sistemləri, artan güc və müasir təhlükəsizlik xüsusiyyətləri təklif edən son dərəcə möhkəm və çox yönlü avtomobildir. JLTV təhlükəsizlik və qorunma baxımından üstün texnoloji həll kimi irəliyə doğru bir addımdır. JLTV  mürəkkəb konstruksiyalı bir avtomobil olduğuna görə hər bir operator həm auditoriyayönlü, həm də praktiki tanışlıq və sürücülük kimi 40 saatlıq təlim keçə bilər. JLTV müdafiəçilərə öz nüvə təhlükəsizliyi vəzifələrini yerinə yetirmək üçün daha yaxşı imkanlar yaratmağa qadirdir.

ABŞ Hərbi Hava Qüvvələrinin altıncı nəsil qırıcı yarışları- Perspektiv hava təyyarəsi (NGAD)

NGAD pilotsuz təyyarələrlə birlikdə tapşırıqları yerinə yetirə biləcək yeni nəsil taktiki döyüş təyyarəsidir. Onun Hərbi Hava Qüvvələrini zenit əməliyyatları üçün ən müasir kritik döyüş qabiliyyətləri ilə təmin edəcəyi bildirilir. Qırıcı həm hava, həm də quru təhdidləri ilə effektiv şəkildə mübarizə apara bilməyi və  hava üstünlüyünə nail olmağı hədəfləyəcək.

Raytheon/Kongsberg raketi
(Qurudan atılan gəmiləri məhv edən raket)

Raytheon/Kongsberg raketi 100 dəniz mili (185 kilometr/115 mil) məsafədəki hədəfləri vura bilən gizli xüsusiyyətlərə malik roketdir. Raketin inersial və GPS yönləndirməsi, o cümlədən elektron müharibə sistemlərindən yayınmağa kömək edən terminalın təyin edilməsi üçün passiv ikili diapazonlu infraqırmızı axtarış aparatı vardır.

Hava-Tənəffüs Hipersonik Proqramı

(DARPA)

Hava -Tənəffüs Hipersonik  Proqram  (DARPA) layihəsi sayəsində  hava ilə nəfəs alan bir mühərrik, bir təyyarəni və ya bir raketi hərəkətə gətirmək üçün yanacağın yanması üçün atmosfer havasından istifadə etməyi nəzərdə tutur. Skramjet mühərrikində, mühərrikdən keçən hava axını səssiz qaydada müşaiət olunur - ramjet mühərrikindən fərqli olaraq 15 Maxa qədər sürətin yaranmasına da imkan verir.

Beləliklə, yuxarıda ABŞ nümunəsində nümayiş olunan müdafiə təyinatlı məhsullar, onların yaxından tədqiq edilərək öyrənilməsi günümüzün aktual məsələsi olaraq qalır. Belə ki, qlobal müdafiə sənayesi sferasında beynəlxalq təcrübə, innovativ layihələr, o cümlədən yüksək texnolji həllər, onların istehsalat prosesləri ilə sıx inteqrasiyası yeni reallıqlar yaratmışdır. Burada dövlət və özəl sektorun müdafiə sənayesi profilli şirkətləri, eləcə də regiona maraqlı tərəflər, xüsusilə də silah tüccarlarının oynadığı rol, onların nümayiş etdirdikləri smart hərbi məmulatlar, idarə olunan raket texnologiyası, İHA/SİHA/PUA –lar, o cümlədən “ağıllı” bomba nümunələri və onların analogiyaları öyrənilmək baxımından vacib hesab olunur.

Eyni zamanda bu sferada əldə olunan nailiyyətlər, ikili (mülki) və hərbi təyinatlı məmulatlar, smart silah və sursatlar, o cümlədən innovativ döyüş texnikaları, idarə olunan “ağıllı” bombalar ilə müşaiət olunan simulyatorlar, virtual simulyasiya proqram təminatları, onların tədbiqi platformalarının araşdırılması günün aktual məsələsidir. Həmçinin də bu platforma, tərəfdaş ölkələr arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, birgə səmərəli layihələr hazırlamaq, faydalı iş birlikləri qurmaq baxımından yeni əlverişli fürsətlər yaradaraq beynəlxalq hərbi strateji əməkdaşlığın vacibliyinə diqqəti yönəldir.

Bu da öz növbəsində ölkəmizdə müdafiə sənayesi sferasında aparılan dövlət siyasətinin prioritet istiqamətlərini beynəlxalq təcrübə mübadiləsinə, onun strateji əhəmiyyətinə yönəltmişdir.  Ölkə başçısı da bu istiqamətdə öz direktiv taışırıqlarını vermiş, onun tezislərini bir daha bəyan etmişdir: “Azərbaycan Respublikasının silahlı qüvvələrinin qarşısında duran əsas prioritet məsələ, ordumuzu bir daha NATO standartları əsasında fəaliyyət göstərən “komando” birliklərinə çevirməkdir. Həmçinin regionda yaranmış yeni geosiyasi, geostrateji konfiqurasiyalara uyğun silah boşluğunu doldurmaq, o cümlədən idxalyönlü müdafiə sənayesindən, müasir tələblərə cavab verən ixracyönlü müdafiə sənayesinə keçməkdir”.

Bununlada “44 günlük” müharibə nəticəsində əldə etdiyimiz şanlı qələbə millətin zəfər tarixinə, onun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış: “Hər şey qələbə üçün, hər şey cəbhə üçün” devizi  bu gün də ürəklərdə yaşanır və bu sferada milli ordumuzun daima qüvvətli, müdafiə sənayemizin də qüdrətli olması düşüncələrini xalqımıza aşılayır.

Bir daha qeyd etmək yerinə düşərdi: “Heç kim unudulmur, heç nə yaddan çıxmır”.

Əflatun Məmmədov,

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun  direktorunun birinci müavini,

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert