Müstəqil Azərbaycanın qurucusu, Türk dünyasının dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Astara rayonunun Çay-oba kəndində yerləşən Ümid İdman Kompleksində həvəskar voleybol komandaları arasında Astara rayon turniri baş tutub.
Olimpiya sistemi üzrə keçirilən yarışda 10 komanda qalib olmaq uğrunda gərgin mübarizə apardı. İdman həvəskarları arasında böyük marağa səbəb olan yarışda Astaranı təmsil edən Alaşa komandası I yerə çıxıb. II yerə Lənkəranın Mamusta, III yerə isə Tüləküvənd (Astara) komandaları layiq görülüb. Yekunda yarışın qaliblərinə kubok və medallar təqdim olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü