14 avqust 2023 12:09
324

Azərbaycanın U-21 millisinin Serbiya ilə matçının başlama saatı açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Serbiya ilə keçirəcəyi oyunun başlama vaxtı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, sentyabrın 12-də baş tutacaq səfər qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

U-21-lərin görüşü Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutacaq.