“Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Partizan” Serbiya çempionatında növbəti oyununu keçirib.
“İki sahil” xəbər verir ki, Belqrad təmsilçisi 3-cü turda “Radniçki”ni qəbul edib və əzmkar qələbə qazanıb - 2:1. Bu qələbədən sonra xallarını 7-yə çatdıran paytaxt klubu üçüncü pilləyə yüksəlib.
Ətraflı
“Sabah”la “Partizan” arasında ilk oyun Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşbı. Cavab görüşü avqustun 17-də Belqradda keçiriləcək.