14 avqust 2023 01:45
439

Coşqun Diniyev Türkiyə klubunda debüt etdi

Bu yay Türkiyənin "Ümraniyespor" klubuna keçən azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyev yeni komandasında rəsmi debüt edib.

“İki sahil” xəbər verir ki, onun komandası 1-ci liqada mövsümün ilk oyununa çıxıb.

Coşqun Diniyevin "Gənclərbirliyi” ilə səfərdə keçirilən görüşün start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

Oyun "Gənclərbirliyi"nin 2:1 hesabı qələbəsi ilə başa çatıb.