14 avqust 2023 00:58
340

Samboçumuz bürünc medal qazandı

Belarusda keçirilən II MDB Oyunlarının son günündə Azərbaycan samboçusu Rəsul Aydəmirov medal qazanıb.

Azərbaycan Sambo Federasiyasından “İki sahil”ə verilən məlumata görə, 98 kq çəki dərəcəsində yarışan idmançımız bürünc medala yiyələnib.

O, həlledici görüşdə Qazaxıstan samboçusu Əlibəy Zekenova qalib gəlib.