Bu gün Misli Premyer Liqasının 2-ci turu çərçivəsində . “Qarabağ” “Turan Tovuz”u qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində Meydan sahiblərinin futbolçusu Juninyo hesabı açıb. Oyunun 66-cı dəqiqəsində Abdullah Zubir ağdamlıların ikinci, Adama Diakabi isı 69-cu dəqiqədə üçüncü qolunu vurub – 3-0.
Misli Premyer Liqası,
2-ci tur
13 avqust (bazar)
18:30. “Qarabağ” 3–0 “Turan Tovuz”
Qollar: Juninyo, 30, Abdullah Zubir, 66, Adama Diakabi, 69
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov
“Azersun Arena”