13 avqust 2023 19:09
436

"Fənərbaxça" yeni transferini açıqladı

"Fənərbaxça" "Mançester Yunayted"in yarımmüdafiəçisi Fredin transferini açıqlayıb.

“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.

İstanbul klubu Fred üçün "Mançester Yunayted"ə 9,7 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, 30 yaşlı futbolçus 2018-ci ildən "Mançester Yunayted"də çıxış edirdi. O, klubda 129 oyunda 14 qol vurub və 19 qolun ötürməsini verib.