13 avqust 2023 16:29
271

Keyn: Çempionlar Liqasını qazanmaq üçün "Bavariya"dayam

"Bavariya"nın yeni transferi Harri Keyn Münhen təmsilçisinə keçidindən danışıb.

“İki sahil” xəbər verir ki, o, kluba Çempionlar Liqasını qazanmaq üçn gəldiyini deyib: 

“Mən bütün həyatımı İngiltərədə, Premyer Liqada keçirmişəm. Yeni liqaya və yeni rəqiblərə uyğunlaşmaq lazımdır. Bundesliqada böyük komandalar var. Hamı “Bavariya”nın çempion olmasını gözləyir, amma “Leyptsiq”lə oyunda da gördüyümüz kimi, rəqiblər güclənir.

Təbii ki, transfer qərarı çətin idi. “Tottenhem” də 19 il keçirmişəm, bu klub ürəyimin bir parçasıdır. Hiss etdim ki, vaxt yetişib. Mən kuboklar almaq istəyirəm. "Bavariya" mənimlə əlaqə saxlayanda dərhal hərəkət etmək istədiyimi hiss etdim. Qarşıda uzun bir yol var. Amma Çempionlar Liqasının finalının “Uembli”də baş tutması əladır. Təbii ki, Çempionlar Liqasını qazanmaq üçün buradayam".