Onlar bununla erməni lobbisinin cibinə və gözünə girməyə çalışırlar
Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində Ermənistan üzərində hərbi Qələbəsindən keçən üç ilə yaxın dövrdə bölgədə güc və söz sahib olan Azərbaycan Ermənistanın və havadarlarının antitəbliğat hədəfinə çevrilib. Eyni zamanda, son bir ay ərzində Hayastan rəhbərliyinin Laçın sərhəd -keçid məntəqəsi istiqamətində Qarabağdakı ermənilərə humanitar yardım adı altında nəqliyyat vasitələrini cəmləşdirməsi ölkəmizə qarşı növbəti təxribat cəhdidir. Ən acınacaqlısı isə odur ki, ermənilərin və onların himayədarlarının qurduqları bu «tamaşada» Azərbaycanın dağıdıcı müxalifət düşərgəsi də bu və digər formada iştirak edir. Məsələn, «Milli Şura»nın sədri Cəmil Həsənli rəzilcəsinə iddia edir ki, Laçın sərhəd -keçid məntəqəsi vasitəsilə Xankəndidəki ermənilərə humanitar yüklərin aparılması sülhə gedən yolda müsbət nəticələr verə bilər. Onun sərsəm açıqlamasından belə anlaşılır ki, guya iki ölkə arasındakı imzalanacaq sülh sazişinə əsas maneə Azərbaycanın Laçın keçid- sərhəd məntəqəsində öz suveren hüquqlarından istifadə etməsidir.
Cəmil Həsənli okeanın o tayında Azərbaycana qarşı böhtan kampaniyası yağdıran digər məsləkdaşına- Sevinc Osmanqızının «YouTube» internet televiziyasına verdiyi müsahibəsində isə Azərbaycanı Avropa İttifaqı ilə şantaj edir. Deyir ki, Azərbaycan Laçın sərhəd- keçid məntəqəsini Avropa İttifaqının nümayəndələrinin gözü qarşısında bağlamaqla beynəlxalq təşkilatları ölkəmizə qarşı sərt qərarların qəbul edilməsinə vadar edir.
Tofiq Yaqublu: Vaşinqton və Brüssel iddia edir ki, Qarabağın statusu ola bilməz. Ancaq mən isə hesab edirəm ki, Qarabağdakı ermənilərə status verilməlidir..
Qondarma «Milli Şura»nın digər «funksionerlərindən» olan Tofiq Yaqublu isə açıq şəkildə ermənilərlə həmrəyliyini ifadə edir: «Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır». Başqa bir açıqlamasında isə deyir: «Vaşinqton və Brüssel iddia edir ki, Qarabağın statusu ola bilməz. Ancaq mən isə hesab edirəm ki, Qarabağdakı ermənilərə status verilməlidir.» Bu «sapı özümüzdən olan balta»nın xaraktersiz kürəkəni Seymur Həzi isə isə açıq şəkildə etiraf edir ki, ermənilər bizim düşmənimiz ola bilməz.
Cəmiyyət bu simasızların xaraktersizliyinə o qədər bələddir ki, hətta sabah Tofiq Yaqublu və ətrafı Meşəli qatili Vaqif Xaçaturyanın hüquqlarının müdafiəsi ilə bağlı aksiya keçirməyə çəhd etsə təəccüblənməyəcək. Ona görə ki, bu əqidəsiz hələ Vaqif Xaçaturyan həbs edilib Bakıya gətirilərkən onun həbsinin yolverilməz olduğunu bildirmişdi.
Bəli, məhz «sapı özümüzdən olan baltalar»ın erməni maraqlarından çıxış etmələri onu deməyə əsas verir ki, onlar erməni lobbisindən böyük məbləğdə maliyyə yardımları alırlar. Necə ola bilər ki, Laçın sərhəd- keçid məntəqəsi yaxınlığında ermənilər «humanitar şou» yaradaraq bu tamaşaya ermənipərəst avropalıları da cəlb etməklə Azərbaycanın dünyada sülhpərvər və demokratik dövlət imicinə xələl gətirməyə çalışırlar. Ancaq Əli Kərimli, Gültəkin Hacıbəyli, Fuad Qəhrəmanlı, Cəmil Həsənli, Tofiq Yaqublu və onlala belə antimillilər nəinki, susurlar, hətta onlara dəstək verirlər. Bu kimi dönüklərə necə soydaş, vətəndaş demək olar ki, bütün fəaliyyətləri ilə ermənilərin dəyirmanına su tökürlər.
«Siyasi partiyalar haqqında» Qanuna edilən dəyişikliklər dağıdıcı müxalifətin «qarın ağrısı»na çevrilib
Bəli, dağıdıcı müxalifətin bütün fəaliyyəti Ermənistandakı revanşist qüvvələrin dublyoru rolunda çıxış etməkdir. Onlar hər gün sosial şəbəkələrdən Azərbaycan dövləti əleyhinə böhtan yağdırmaqla özlərini erməni məsləkdaşlarının həm cibinə, həm də gözünə soxmağa çalışırlar. Məqsəd ermənipərəst eynəlxalq təşkilatlardan daha çox qrant almaq, özgə süfrələrinin artığı ilə dolanmağa davam etməkdir.
Bündan başqa, dağıdıcı müxalifətin bu gün sosial şəbəkələrdəki digər gündəmi, daha doğrusu, «qarın ağrıları» «Siyasi partiyalar haqqında» Qanuna edilən dəyişikliklərdir. Dəyişikliklərə görə, beş min üzvü olmayan və seçkilərdə iştirak etməyən partiyaları Ədliyyə Nazirliyi qeydiyyata almır. Bu prosesin başlanması ilə aydın oldu ki, özlərini ana müxalifət hesab edən AXCP və Müsavat kimi partiyaların nəinki beş min, heç 500 üzvü də yox imiş.
Elçin Zaman, "İki sahil"