10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Həmin Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Dördüncüsü, 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bu Bəyanatın imzalanması ümumxalq birliyinin bariz nümunəsidir. təntənəsidir. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, və uğurlarımıza seviniblər. Həmrəylik bizim ən böyük sərvətimizdir və dəyərimizdir.
10 noyabrda imazalanmış Bəyanat status-kvonu dəyişdi və Azərbaycanın maraqlarına uyğun bir şəkildə hazırlanmışdır. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın yolunda təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Ordumuzun döyüş meydanında qazandığı qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Belə ki, Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrindədir. Bu Bəyanat eyni zamanda Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Münaqişə artıq başa çatıb və torpaqlarımız artıq işğaldan azad olunmuşdur.
Bəyanat Azərbaycanın Ermənistan üzərində şərtsiz hərbi üstünlüyünü təsdiq etdi. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bir çox dünya ölkələri tərəfindən öyrənilməyə başlanılmışdır. Ordumuz hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. 44 günlük müharibə müddətində qardaş Türkiyə açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən gələn dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Məhz buna görə də, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı.
Adı çəkilən Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərir. Bu isə Türkiyənin rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində mühüm rol oynayacaqdır. 10 noyabr Bəyanatı Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını nəzərdə tutur. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaqdır.
Üçtərəfli Bəyanatda göstərilən bəndlərin icrası məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcəyi deməkdir. Razılaşmaya əsasən, daxili məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq.
Bizin Zəfərimiz həm də Ermənistanın “Böyük Ermənistan” planının fiaskoya uğratdı. Belə ki, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi və “Dağlıq Qarabağ”da yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi.
Bu Zəfər iki yüz ildir davam edən məğlub xalq sindromunu sındırdı və xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Xalqımız qazanılmış Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Ordumuza xüsusi sevgi və hörmət bəsləyir.
Bir çox güncəl məsələlərlə yanaşı, yaxın keçmişə və gələcəyə yönəlik suallara Prezidentin cavabları dünya nizamı, beynəlxalq hüquq, regional əməkdaşlıq, davamlı sülh və s. baxımından özəlliklə diqqətçəkicidir. İlham Əliyev Müzəffər Ali Baş Komandandır və müsahibə Zəfərin rəmzi olan əziz Şuşada verilib; bununla belə, qalib ölkənin Prezidenti məhz sülh, quruculuq, birgəyaşayış vurğusu ilə əsl qaliblərin yüksək ləyaqətini bir daha nümayiş etdirmiş oldu. Biz saxta “qalib”lərin uzun işğal illəri boyunca sərgilədiyi bədnam ədanı çox görmüşdük. Zatən işğalçı ləyaqətli ola bilməz. Qurtarıcı, qurucu, öz ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etmiş liderin qüruru ədalətlə bir arada təcalla edir.
Axərbaycan Prezidentinin müsahibəsi işğalçı Ermənistanın Şəri, bizim Zəfər qazanmış ölkəmizin Xeyri, ədaləti təcəssüm etdirdiyini faktoloji olaraq nümayiş etdirir. Özünüz təsəvvür edin: 30 illik işğalın acı nəticələri, soyqırım aktları üzərindən sülh quruculuğu təklifi ilə çıxış etmək özü ərdəmliliyi, gələcəyə baxışı ifadə edir. Beynəlxalq aləm bu qüdsiyyətin, ləyaqətin və ərdəmin fərqində olmalıdlr. Dünya erməniliyinin, erməniyanlıların ədalətsiz çağırışları, revanşizm, ikilistandartlar, işğalçı ilə işğala məruz qalanı eyni tutmaq ədalətə, multikulturalizmə, birgəyaşayışa, dünya nizamına əsla xidmət edə bilməz!
“Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bir milyon azərbaycanlı 30 il ərzində evindən məhrum olmuşdur, buna baxmayaraq biz qisası döyüş meydanında aldıq”. Prezident önəmli görüşlərə, sülh üçün vasitəçilər mövzusuna da toxunub: “Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunur. Həmin görüşlər çox həssas məsələlərə toxunmaq imkanını verir”.
Əlbəttə, sülhün prinsipial şərtləri var. Biz məhz ədalətli, qalıcı sülhdən danışırıq, “ötəri sülh”dən danışmırıq və belə variantları qətiyyən qəbul etmirik. Ədalətsiz “sülh”ə işğal illərində razı olmayan dövlət, Zəfərdən sonra, əlbəttə, ədaləti diqtə edən tərəfdir və Ozan Arif demiş, “başqa yolu yox artıq”!. “Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə sülh variantını tapa bilərik”. Son dönəmdə Qarabağın erməni əhalisinin aid olduqları ölkəyə - ədalətli Azərbaycan Respublikasına inteqrasiyası mövzusu da güncəldir.
“Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur”. Bəli, biz Qarabağın erməni əhalisinə normal, ləyaqətli yaşam təklif edirik. Biz onları təhlükəsizlik təminatı, təhsil, mədəniyyət, din, bələdiyyə və s., bir sözlə hüquqlarının təmin edilməsi yolu ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal yaşama dəvət edirik. Bu dəvəti qəbul etməmək nə anlama gələr?- bunu ermənilər özləri düşünməlidir.
Orxan İsmayılov,
YAP Xətai rayon təşkilatının fəalı