“TotalEnergies SE” Namibiya dənizindəki “Venera” qiymətləndirmə quyusunda yüngül neft kəşfini sınaqdan keçirməyə davam edir . Şirkətin baş icraçı direktoru Patrick Pouyanné qiymətləndirmə quyusunun qazıldığını təsdiqləyib və Pouyanné iyulun 27-də verdiyi məlumatda quyuda böyük neft sütununun olduğunu söyləyib.
“Venera”nın qiymətləndirmə quyusu Namibiyanın cənub sahillərindən təxminən 290 km uzaqlıqda, suyun təxminən 3000 metr dərinliyində qazılıb. Daha əvvəl ərazidə qazılan “Venera-1X” kəşfiyyat quyusu “Maersk Voyager” qazma gəmisi vasitəsi ilə suyun ümumi 6296 metr dərinliyində qazılmış və Aşağı Təbaşir dövrünə aid yüksək keyfiyyətli yüngül neftli qumdaşı layı ilə qarşılaşmışdır. İlk sınaq avqustun əvvəlində başlayacaq və nəticələr sentyabr ayında bəlli olacaq.
Qeyd edək ki, hər iki quyu “Orange” hövzəsini hədəfə alıb.
Cənubi Afrika ilə sərhəddə yerləşən “Orange” hövzəsində əməliyyatları genişləndirməyi nəzərdə tutan şirkətin direktoru Pouyanné şirkətinin hazırkı diqqətinin neftin bol olduğu Namibiyaya yönəldiyini bildirib.
Leyla Şıxəli, “İki sahil”