31 iyul 2023 11:02
1594

İntrenet çağının “vəbası”: Kiber cinəyatkarlıq, informasiya təhlükəsizliyi...

Bildiyimiz kimi, XXI əsr İnternet əsridir. İnternet əsri, özü ilə bərabər gətirdiyi yeni bilik və vərdişlərlə yanaşı, bu gün bəşəriyyətin gələcəyini yönləndirir. Bu əsrin ən strateji əmtəəsi də informasiyanın özüdür.

Cəmiyyəti mühüm məlumat və biliklərlə təmin edən informasiya eyni zamanda cəmiyyətə müəyyən ziyanlar da vura bilər. Ona görə də, informasiyanın cəmiyyətdə rolunu bilmək üçün ona iki aspektdən, həm mənfi - neqativ informasiyanın yayınmasının qarşısının alınması, həm də informasiyanın özünün qorunması baxımından yanaşmaq lazımdır.

Bildiyimiz kimi informasiya və informasiya texnologiyaları hər bir ölkənin milli təhlükəsizliyinin təmin olunması üçün mühüm vasitədir. Dövlətin informasiyalaşdırma siyasətində yolverilən boşluqlar bu sferada müxtəlif neqativ halların yaranmasına gətirib çıxarabilər. Kompüter cinayətkarlığı - qeyri-qanuni informasiya mənbələrinə daxil olmaq, viruslar yaymaq, banklardan “elektron pul” oğurlamaq, “elektron cəsusluq” kimi mənfi hallar sürətlə yayılabilər. 

Hal-hazırda düzgün, keyfiyyətli informasiyaları seçmək və yalan informasiyaların yayılmasının qarşısının alınması problemi yaranmışdır. Ona görə də, dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyini qorumaq üçün daha mükəmməl qanunlar işlənib hazırlanmalıdır.

Təhlükəsizlik - şəxsiyyətin, cəmiyyətin, dövlətin daxili və xarici təhlükələrdən qorunması kimi başa düşülür.

Şəxsiyyətin təhlükəsizliyi -onun hüququ və azadlıqlarının qorunmasıdır.

Cəmiyyətin təhlükəsizliyi - onun maddi və mənəvi dəyərlərinin qorunmasıdır.

Dövlətin təhlükəsizliyi - konstitusion quruluşunun, suverenliyinin və ərazi bütövlüyünün qorunmasıdır. Dövlət bu işləri, icra orqanları, məhkəmə qanunverici orqanları vasitəsilə həyata keçirir.

İnformasiya təhlükəsizliyi - informasiya mühitində neqativ informasiyalardan qorunmaqla inkişafın təmin olunmasıdır. İnformasiya təhlükəsizliyi dövlətin müdafiə, iqtisadi və ekoloji təhlükəsizlik kimi mühüm sferaları ilə yanaşı durur. Ona görə də, informasiya strateji məhsul kimi həm hüquqi, həm texniki tərəfindən müdafiə olunmalıdır.

Digər tərəfdən də unutmayaq ki, XXI əsrin yeni nəsl silahları, o cümlədən hibrid müharibələrinin strateji daşıyıcı vasitələri, bu gün  birbaşa hərbi qarşıdurma və münaqişələrin doğurduğundan daha kəskin və sarsıdıcı sonuclar törətməyə qadir olduğu bilinir. Onlar, həm də yeni brenddə assimmetrik hibrid informasiya müharibələri kimi yeni çağın aktual gündəmi olmuşdur.

Qloballaşan dünyada dövlətlərarası konfliktli situasiyalar, dondurulmuş münaqişələr, o cümlədən soyuq müharibələr digər sahələrdə olduğu kimi informasiya cəbhəsində də kiber hücumlarla informasiya müharibələrinə, informasiyanın qorunmasına, onun təhlükəsizliyinin bir nömrəli məsələ olduğunu bir daha gündəmə gətirmişdir. Həmçinin bu məsələ, “smart” internet platforma cinayətkalıqları ilə assimmetrik hibrid informasiya müharibələrinə qədər uzanaraq daha da dərinləşmişdir.

Eyni zamanda innovativ texnologiyaların həyatımızda oynadığı mütərəqqi rol da ayrıca danılmaz faktdır, o, iqtisadiyyatın önündə gedən, texnoloji prosesləri arxasınca aparan, rəqəmsal transformasiyanı şaxələndirən aparıcı lokomotivdir. Odur ki, yüksək texnologiyaların tədbiqi ilə aktiv informasiya istehlakçısına çevrilən İnformasiya Cəmiyyətləri yeni ictimai-iqtisadi formasiyaya inteqrasiya olunmuş, “İNFO-KRATİYA”ya keçid almış görünür.

İnformasiya Cəmiyyətlərinin

“İNFO-KRATİYA”ya keçidini şərtləndirən əsas kriteriyalar aşağıdakılardır:

 ⁃ İnternet və internet resursları;

 ⁃ İnnovativ İKT və yüksək

    texnologiyalar;

 ⁃ Yeni nəsl mobil şəbəkələr

    (LTE- long term evolutions);

 ⁃ İnformasiya cəmiyyəti;

 ⁃ İnformasiya təhlükəsizliyi;

 ⁃ Hibrid müharibələr;

 ⁃ Cybersquatting fəaliyyətləri;

 - Kibercinatətkarlıq;

 ⁃ Sosial şəbəkələr;

 ⁃ İnternetin etik kodeksi;

 ⁃ İnternet idarəetməsi;

 ⁃ Virtual kimlik, smartkimlik,

    smartmanlıq;

 ⁃ RİSKLƏR VƏ İntellektual idarəetmə;

 ⁃ Və s. DİGƏR ÖNƏMLİ MƏSƏLƏLƏR…

Biz burada kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) dedikdə - məqsədli şəkildə qeyri qanuni olaraq həyata keçirilən, kompüter sistemləri və onların qoşulduqları internet şəbəkələrinin icazəsiz şəkildə kiber müdaxilələrə məruz qalması və bununla da fərdi və aidiyyatı məlumatların açıqlanması, oğurlanması, habelə texniki vasitələrin, onların proqram təminatlarının, verilənlərinin (data) zədələnməsi ilə nəticələnə bilən zərərli kiber fəaliyyətləri nəzərdə tuturuq. Həmçinin də əsas məqsəd kompüter istifadəçiləri ilə onların bağlı olduqları kompüter şəbəkələrini zərərli  kiber hücumlardan, habelə proqram təminatlarının pozulmasına yönələn destruktiv əməllərdən və eləcə də onların texniki mahiyyətinin yanlış istiqamətləndirilmələrdən qorumaqdır.

Bu sahə kompüter sistemlərinə, İnternetə yüksək texnologiyalar yönümlü, o cümlədən Bluetooth, Wi-Fi, Wi-Max, 5G, LTE və digər YENİ NƏSL  simsiz şəbəkə standartlarına olan inamın günü-gündən daha da genişlənməsi, smartfonlar, əşyaların internetini (IoT-Internet of Things) təşkil edən SMART televizorlar və müxtəlif ağıllı cihazlar da daxil olmaqla müasir qacetlərin artması ilə sıx əlaqədardır.

Kibertəhlükəsizlik mövzusu, həm informasiya sistemlərinin mürəkkəbliyinə, həm də onların dəstəklədiyi informasiya cəmiyyətlərinə görə müasir dünyanın ən mühüm və ən aktual problemlərindən biri hesab olunur. İnformasiya cəmiyyətlərində geniş miqyasda tədbiq edilən kompüter sistemləri, dövlət və əhalinin kompüter məlumatlar bazası və eləcə də strateji əhəmiyyətli elektron seçki sistemi və s. bank, sığorta və maliyyə əməliyyatları kimi mühüm sahələri əhatə edən mürəkkəb texnoloji sistemlər üçün kiber təhlükəsizlik məslələləri xüsusi əhəmiyyət kəsb edir.

Yuxarıda təhlil olunan bu neqativ fəaliyyətlər virtual məkanda əsasən aşağıdakı neqativ elementlərlə müşaidə edilir:

- bank-maliyyə sektorunda haker hücumları ilə bank maliyyə hesabları və işləmlərini çökdürməklə;

- xarici kəşfiyyat sferasında milli istihbarat və təxribat yönlü iğtişaşla müşaiət olunan təfriqə və çaxnaşmalar salmaqla;

- biznes sferası və onun ayrı-ayrı strukturlarında kiber sobatajlar, feyk profillər, antireklam təbliğatlı fəaliyyətləri təşkil etməklə;

- hərbi sirr və müdafiə sferasında avtomatlaşdırılmış  təhlükəsizlik sistemlərinə kiber müdaxilələrlə;

- ictimai-siyasi sektorda sosial mediya üzərindən çirkin siyasi qara “piar” kompaniyaları aparmaqla, o cümlədən mədəni-mənəvi sferada qeyri etik davranışlar sərgiləyən əxlaq və “amoral porno”, onların şantaj mahiyyətli destruktiv/travmatik elementlərin xüsusi maraq və şəxsi möhtəkirlik məqsədləri üçün istifadəsi;

Bilindiyi kimi də internetin meydana gəlişindən, onun gəlişi ilə internet idarəçiliyinin dövlət siyasətinə yaxından inteqrasiya olunmasından və eləcə də son illərdə başlanan rəqəmsal transformasiya siyasəti, kibertəhlükəsizlik anlayışını həm peşəkar, həm də şəxsi həyatımızda aktual mövzuya çevirmiş oldu. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji yeniliklərlə yanaşı qarşısı alınmaz bir prosesə çevrilərək daim inkişaf edir. Belə ki, 1970 və 1980-ci illərdə kompüter təhlükəsizliyi məsələləri əsasən internetin inkişaf konsepsiyasına uyğun akademik mühitlə məhdudlaşırdı, burada birbaşa sıx tədbiqi proqram əlaqələri ilə kompüter virusları və şəbəkə müdaxilələri də paraleldə artmaqda idi. Həmçinin 1990-cı illərdən başlayaraq virusların geniş yayılmasından sonra 2000-ci illərdə kibertəhlükəsizlik və info-təhlükəsizliyin institusionallaşdırılması məsələlərini aktual etmişdi.

Hələ 1977-ci ildə bu sferada əsas təhlükəsizlik məqsədləri üçün, onları aydın və sadə şəkildə təsvir etmək xüsusi xidmət orqanlarının məxfilik, tam-bütövlük və əlçatanlıq (confidentiality, integrity, and availability) “triada”sı mahiyyətində xüsusi məqsəd güdülürdü. Bu mövzu, ozaman da aktual olsa da elə ciddi kompüter təhdidləri hələ yox kimi idi, çünki kompüterlərdən geniş istifadə və internet şəbəkələri təzə-təzə inkişaf edirdi və təhlükəsizlik təhdidləri də asanlıqla müəyyən edilir, zərərsizləşdirilərək nəzarət olunabilirdi. Bu dövrlərdə çox vaxt əsastəhdit və təhlükələr həssas sənədlərə və ümumistifadəli fayllara icazəsiz giriş əldə edən zərərli insayderlər tərəfindən gəlirdi. Zərərli proqramlar və şəbəkə pozuntuları başlanğıcda mövcud olsa da, onlardan möhtəkirlik yolu ilə maliyyə mənfəəti üçün məqsədli şəkildə istifadə edilmirdi.  Və 1970-ci illərin ikinci yarısından başlayaraq IBM kimi qurulmuş kompüter firmaları geniş kompüter şəbəkələrinin kommersiya girişinə nəzarət sistemləri və bu istiqamətdə şəbəkə təhlükəsizliyi proqram məhsullarına ticari maraqlar baxımından yeni yanaşmalar sərgilədi və özəl təkliflər irəli sürməyə başladılar. Sonralar bilindiyi kimi bu mövzu, geniş ticari yöndə yeni maraqlar baxımından daha da aktuallaşmış oldu.

Kibertəhlükəsizliyin təkamülü  ilə yanaşı bir az da onun insidentlərlə dolu tarixinə ekskursiya edək. Texniki-texnoloji tərəqqi bilindiyi kimi bu sferaya özü ilə ciddi problemlər, riskli  durumlar da az yaratmamışdır. Bilindiyi kimi kompüter şəbəkələrinə hücumun ilk nümunələrindən biri də Bob Thomas tərəfindən BBN-də yazılmış və 1971-ci ildə ARPANET vasitəsilə yayılan Creeper kompüter “qurdu” olmuşdur. Proqram o zaman sırf eksperimental xarakter daşımışdı və heç bir zərərli təsiri də nəzərdə tutulmamışdır. Sonrakı proqram, Reaper, 1972-ci ildə Rey Tomlinson tərəfindən yaradılmış və Creeperi məhv etmək üçün istifadə edilmişdir. 1986-cı ilin sentyabrından 1987-ci ilin iyununa qədər bir qrup alman haker kibercasusluqla bağlı ilk sənədləşdirilmiş hadisəni həyata keçirmişdir. Qrup Amerikanın müdafiə şirkətlərinə, Universitetlərinə və hərbi baza şəbəkələrinə müdaxilə edərək toplanmış məlumatları Sovet DTK-ya satmışdı. Qrupa 29 iyun 1987-ci ildə həbs edilmiş Markus Hess rəhbərlik etmişdi. O, 1990-cı il fevralın 15-də casusluqda (iki sui-qəsdçi ilə birlikdə) məhkum edilmişdi.

Daha sonra 1988-ci ildə Morris “qurdu” adlanan ilk kompüter qurdlarından biri İnternet vasitəsilə yayıldı və bu məsələ hələ o zamanlar əsas medianın geniş ajiotaj yaradaraq diqqətini çəkmişdi.

Eyni zamanda kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi və ya informasiya texnologiyaları təhlükəsizliyinin zəif tərəfləri, əsasən şəbəkələrin dizaynı, onların əməliyyat sistemləri və texniki nəzarət məsələlərindən ibarətdir. Aşkar edilmiş texniki boşluqların böyük əksəriyyəti kompüter şəbəkələrinin ümumi zəif tərəfləri hesab olunurlar və onların qeydiyyatı verilənlər bazasında sənədləşdirilir. Həmçinin informasiya sistemlərinin təhlükəsizliyinin zəif tərəfləri, avtomatlaşdırılmış alətlər və ya fərdiləşdirilmiş skriptlərdən istifadə etməklə tədqiq edilir, tərs dizayn olunur, təsirə məruz qala bilir və kontrollu istismar edilə bilirlər. Məhz bu səbəblərdən kompüter və kompüter şəbəkələrinin, onlarin ayrı-ayrı sistemlərinin təhlükəsizliyini təmin etmək üçün ona qarşı edilə biləcək riskli kiber hücumlar, onların mənşəyi ciddi təhlükələrə aid edilərək araşdırılmalıdır.

Beləliklə gəldiyimiz yekun qənaətə əsasən kiber təhlükəsizlik riskləri, o cümlədən fərdi və geniş kompüter şəbəkələrinin istifadəsindən qaynaqlanan risklər, risklərin idarəolunması və qiymətləndirilməsi, eləcə də bu istiqamətdə adekvat kiber təhlükəsizlik tədbirlərinin görülməsini qaçılmaz edir və aidiyyatı sferanın ən strateji məslələri kimi bu gün də öz aktuallığını qoruyur. Nəticə etibarı ilə hesab etmək olar ki, yuxarıda sadalanan amillərin diqqətə alınması, ölkəmizdə yeni təşəkkül tapmış İnformasiya Cəmiyyətinin qarşısında duram taleyüklü məsələləri həll edəcək, iqtisadiyyatın idarəolunmasında rəqəmsal indeksi yüksəldəcək və bu yöndə atılan rasional addımları motivə edəcəkdir. Bu istiqamətdə strateji hədəflərə çatmaq üçün aidiyyatı dövlət qurumları vaxtında, texnoloji baxımından önləyici adekvat tədbirlər görməyə, o cümlədən peşəkar addımlar atmağa məhkumdurlar.

Əflatun Məmmədov,

Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun  direktorunun birinci müavini,

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert