27 iyul 2023 12:38
310

Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır

Türkiyə və Azərbaycan hər iki dövlət yarandığı gündən qanlı- qadalı müharibələrdən keçmiş, öz varlığını, müstəqilliyini qorumaq üçün daim mübarizə aparmışdır. Tarixdən də göründüyü kimi hər zaman çətin günlərdə bir- birinin yanında olmuş, öz köməyini  əsirgəməmişlər. 1918 –ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu, lakin ağır bir durumda idi. Bu zaman türklər Nuru paşanın rəhbərliyi ilə imdadımıza yetmiş bizə dəstək vermişlər və yaxud  Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusuna azərbaycanlı – lar da qoşulmuş, türk qardaşlarımıza kömək etmişlər. Azərbaycan Türkiyə dostlu- ğunun dərin kökləri var. Bu əlaqələri şərtləndirən amillər sırasında ortaq kökümüz, dilimizin , din birliyimizin, oxşar mədəniyyətimizin və adət - ənənələrimizin olmasıdır.

Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət  də 1991- ci il noyabrın 9- da  Türkiyə olmuşdur.1992 – ci il yanvarın 14 dən isə diplomatik münasibətlər yaradıldı.

Türk dünyasının iki lideri öz müdrik kəlamları ilə gələcək nəsillərə əbədi  olaraq bir mesaj qoymuşlar. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət",  Mustafa Kamal Atatürk “Azərbaycanın kədərini kədərimiz , sevincini sevincimiz bildik“  bildirmişlər.

Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsindən sonra iki dövlət arasında münasibətlər daha da gücləndi. Azərbaycanın haqlı savaşında hər zaman yanında olduqlarını açıq şəkildə deməsi , haqq - ədalətin qalib gələcəyini bildirməsi bizim ümidimizi daha da artırırdı. Türkiyə bizim üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa , Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artması deməkdir.

Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammit keçirilib. Türkiyənin Sammitdə təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti Serj Sarkisyan bununla da Sammitin plenar iclasının mövzusundan tamamilə kənara çıxaraq qondarma "soyqırımı" məsələsini qabardıb və Türkiyəni əsas tənqid hədəfi kimi seçib. O, bir tərəfdən Türkiyəni qondarma "soyqırımı" ilə bağlı konstruktiv mövqe tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin Avropa İttifaqına üzvlüyünün yolverilməz olduğunu deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda çıxış edərək : "Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur.Ancaq mən buradayam .” deyərək sərt vətutarlı cavab vermiş,  Türkiyəni qətiyyətlə müdafiə etmişdir.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın qələbə qazanmasında Türkiyənin önəmli rolu olmuşdur. İlk günlərdən Azərbaycanın haqq işinə dəstək verərək, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında olmuşdur. Noyabr ayının 10-da imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması da Türkiyənin regionda təhlükəsizliyin təminatçısı və nəzarətçisi olmasından xəbər verirdi.

Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Şuşa bəyannaməsi isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını göstərir.

Azərbaycan –Türkiyə münasibətləri bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də inkişaf etməkdədir. Türk Ordusunun kiçik modelini yaratmaq bizim  əsas hədəfimizdir. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Qardaş ölkə ilə birlikdə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi edilməsi bunu aydın göstərir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev çıxış edərək: "Bu gün dünya xəritəsinə baxsaq görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda, bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizimgücümüzü artırır. Bu gün əziz Qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir. Əzilmiş xalqların maraqlarını müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir.Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir, müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir.Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” və bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü, türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü.”

Zemfira Şərifova,
Bakı şəhəri, Xətai rayonu 63 saylı tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü