Erməni terrorizmi heç də yeni bir hadisə deyil, geniş yayılmış bir təzahürdür. Erməni terrorizmi mütəşəkkildir və yaxşı təşkilatlanıb. Ən əsası, beynəlxalq terrorizmin geniş qanadı və bir şəbəkəsidir.
Hər şey 1973-cü ildə Kaliforniyada, bir erməni terrorçunun Santa Barbaradakı Türkiyənin baş konsulu və müavinini öldürməsi ilə başladı. 1973-cü ilin yanvarından 1992-ci ilə qədər erməni millətçiləri Los-Ancelesdən Sidneyə qədər dünyanın 22 fərqli şəhərində 37 türk diplomatını və ailə üzvlərini qətlə yetirib.
Bu sıradan növbəti böyük miqyaslı terror aktı erməni terrorçuları tərəfindən 1983-cü il iyulun 27-də törədilmişdir. Belə ki, Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan və Simon Yahneyan Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəkilinin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürmüşlər. Portuqaliya Baş naziri Mario Soares hadisəni nəzarət altına almış və hadisə yerinə göndərdiyi 170 polis səfirliyin binası mühasirəyə almışdır. Terrorçular diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yetirərək özləri ilə bərabər binanı partlatmışlar.
Hər il 27 iyul tarixində Ermənistan ictimaiyyəti "Lissabon Beşliyi" adlı anım mərasimi keçirir. Bu tədbir Amerika Birləşmiş Ştatları, Fransa, Livan erməniləri tərəfindən də qeyd olunur. Adətən belə tədbirlərdə erməni ruhaniləri “öz ləyaqətli ölümləri ilə erməni icmasını sarsıtmış azadlıq uğrunda canlarından keçən qəhrəmanların” şərəfinə rekviyemlər söyləyirlər. Ermənilər öz aləmlərində "Lissabon Beşliyi”ini qəhrəman hesab edirlər. Əslində isə onlar qatil və terrorçulardır.
27 iyul 1983-cü ildə Lissabondakı Türkiyə səfirliyində törədilmiş qanlı terror aktına görə məsuliyyəti o zaman "Erməni İnqilab Ordusu” öz üzərinə götürmüşdür. Hər il 27 iyul tarixində keçielən bu qondarma anım mərasiminin əsas təşkilatçılarından bir də məhz "Erməni İnqilab Federasiyası" adlı terrorçu qruplaşmasıdır.
Azərbaycan xalqı erməni terroru ilə ən çox üzləşmiş xalqdır. Hər birimizə məlumdur ki, ermənilər törətdikləri terror aktlarını hər cəhdlə danmağa çalışır, beynəlxalq ictimiayyətdə isə zərərçəkmiş tərəf təsəvvürü yaratmağa çalışırlar.
Cavid Osmanov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı