Müstəqilliyini elan edən Azərbaycan Respublikası addımladığı bu illər ərzində qonşu dövlətlərlə,eləcə də dünyanın digər ölkələri ilə münasibətlərinə daim diqqətlə yanaşmışdır. İstər diplomatik,istərsə də iqtisadi,sosial münasibətlərin daim inkişaf etdirilməsi Azərbaycan Respublikası üçün əsas istiqamətlərdən biri olub. Dövlət başçıları,media nümayəndələri ilə davamlı təşkil edilən görüşlər bu istiqamətdə görülən işlər siyahısındadır.
Bu cür görüşlərdən biri də 20 iyun tarixində gerçəkləşib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb.
Müxbir Bakıya heyranlığından,şəhərin gözəl mənzərəsindən söz açıb. Daha sonra Ulu Öndərin xatirəsinə ehtiramını bildirib. Onu da qeyd etmək lazımdırki,Ulu Öndər Heydər Əliyev Çin-Azərbaycan əlaqələrinin təməlini qoyan şəxs olub.Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub.Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi.Heydər Əliyev Çinin artmaqda olan gücünü, həmrəy cəmiyyətini və aydın məqsədlərə malik ölkəni gördü - bunlar təxminən 30 il öncə baş vermişdi.Sıravi insanlarla görüşlər isə onun təbiəti ilə bağlı idi. O, burada - Azərbaycanda da hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin. Təbii ki, o, Çində, həmçinin sadə insanların həyat tərzi ilə maraqlanırdı.
Bu günkü gündə Azərbaycan-Çin dostluq münasibətləri məhz Heydər Əliyevin adı ilə bağlıdır, Onun sayəsində dünyanın bir çox ölkələri ilə qurulan dostluq əlaqələri daha genişlənir.
Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının "General Şıxlınski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə