Azərbaycan Ordusu 44 günlük müharibə dövründə özünün tarixi qələbəsi ilə dünyaya ciddi mesajlar verdi. Uzun illər dünyada mövcud olan ədalətsizlik sindromuna son qoydu. Beynəlxalq hüquqda geniş təsbit edilən, uzun müddət kağız üzərində qalan ədalət, ümumbəşəri hüquqi prinsiplər ancaq Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində öz yerini tapdı.
Bu gün geosiyasi proseslərin davamı olaraq informasiya müharibəsində aktivliyin artırılması, böyük təhdidlərin qarşısının alınması Azərbaycanın milli maraqlarının təmin edilməsi baxımından zəruridir. Hal hazırda savaş informasiya cəbhəsində hələ də genişlənməkdədir. İstər müharibə dövründə, istərsə də sonrakı dönəmdə erməni mediasında məkrli siyasətin, saxta informasiyaların şahidi olmuşuq. Azərbaycan mediası Ermənistan mətbuatından fərqli olaraq bu informasiya savaşında yalnız ədalətli mövqe nümayiş etdirir, həqiqəti yazır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi mütamadi səfərlər informasiya müharibəsinin gedişində həlledici faktordur. Belə ki, işğaldan azad olunan torpaqlarımızdakı real vəziyyəti dünya ictimaiyyəti məhz birinci şəxsdən öyrənir. Müharibə dövrün də İlham Əliyevin verdiyi müsahibələr informasiya müharibəsində həlledici amil oldu. Azərbaycan Prezidenti İlham Əliyevin müsahibələrində, işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı səsləndirdiyi fikirlər dünyanın çox tanınmış media quruluşlarının, televiziyalarının əsas xəbərinə çevrildi. Bu faktorlar dünyada oturuşmuş saxta erməni mifinin, həqiqətdən uzaq təbliğatlarının dağılmasını sürətləndirdi.
Nəhayət, Bakıda fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndələrin, səfirlərin, media rəhbərlərinin işğaldan azad olunmuş torpaqlara səfərləri informasiya müharibəsinin tərkib hisssəsidir.
Biz informasiya savaşında bəzi təbliğat üsullarını korrektə etməliyik. Azərbaycanla bağlı həqiqətləri geniş auditoriyaya çatdırmaq üçün mükəmməl innovativ vasitələrin tətbiqi üzərində işləməliyik.
Ali Baş Komandanın başçılığı, Ordumuzun rəşadəti nəticəsində qazanılan bu tarixi qələbə 44 günlük müharibənin həqiqət anıdır. Silahlı Qüvvələrimiz bunu döyüş meydanında nümayiş etdirdi.
Azərbaycan mediası informasiya savaşında ən ağır yükü daşıyır. Bu gün səsimizi dünyaya dəqiq, qərərsiz və vicdanl çatdıran onlardır. Bizim boynumuza düşən yük isə bu missiyada onlara dəstək olmaqdır.
Rövşanə Abbasova,
YAP Xətai rayon təşkilatının "Xudu Məmmədov 3" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə