Bu il iyul ayının 21-də Şuşa Qlobal Media Forumunun “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda tədbirinin açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak edərək jurnalistlərin verdiyi sualları cavablandırmışdır.
Ölkə başçısı qonaqların gəldikləri Füzulidən Şuşa şəhərinə doğru istiqamətlənmiş bu yolunun əvvəllər mövcud olmadığını, Müzəffər Ordumuzun igidliyi, cəsarəti sayəsində torpaqlarımızın azad edilməsi şərəfinə Zəfər yolu adlandırıldığını diqqətə çatdırdı. Şuşa azad edildikdən sonra “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına, Vaqif Poeziya Günlərinə, bir neçə beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmişdir.
Cənab Prezident İlham Əliyev sualları cavablandırarkən Türkiyə Azərbaycan qardaşlığı haqqında danışdı. Ölkəmizin Başçısı İkinci Qarabağ müharibəsini yada salaraq Türkiyə rəhbərliyinin və xalqının ilk gündən yaxınlığını, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil!” bəyanatının 44 gün ərzində xalqımız üçün ən böyük mənəvi və siyasi dəstək olduğunu, İkinci Qarabağ müharibəsində Qələbədən sonra məşhur Şuşa Bəyannaməsini imzalayaraq bu qardaşlığın müttəfiqlik səviyyəsinə qaldırıldığını bildirdi.
Cənab Prezident İlham Əliyev 30 il işğal dövrünün Azərbaycana vurduğu maddi və mənəvi zərbələr haqqında danışaraq qeyd etdi ki, ölkəmiz üçün real təhlükənin olmadığını, yalnız siyasi xaosdan istifadə edən qonşularımızın bizi gözləmədiyimiz halda “kürəyimizə bıçaq sancdı”ğını, ərazilərimizi işğal etdiklərini, İkinci Qarabağ müharibəsində qələbə qazanmağımıza baxmayaraq, Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində açıq şəkildə revanşist ideyalarla yaşayan qüvvələrin mövcudluğunu unutmamalıyıq. İkinci Qarabağ müharibəsi bitsə də, müdafiə sahəsində dərin islahatlardavam etdirilir. Ölkə Başçısının “bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür” fikri məğlubiyyətlərilə barışmayan ermənilərə göndərilən mesajdır. Cənab Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə Ermənistanını illərlə riayət edilmədiyini xatırladaraq və bu gün həmin o tendensiya davam etdirdiklərini bildirdi. Dövlətimizin Başçısı “beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür” fikrini bir daha səsləndirdi.
Sualları cavablandırarkən 28 il ərzində Minsk qrupunun fəaliyyətsizliyi məsələsinə də toxunan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının Avropa Parlamentinin qərarlarına baxmayaraq, ermənipərəst qüvvələrin qətnamələrin icrasına maneə yaratdıqlarını, bu səbəbdən də, “biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq” fikrini diqqətə çatdırdı.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı ərazi partiya təşkilatının sədri
Azərbaycan–Özbəkistan qardaşlığı: Strateji tərəfdaşlıqdan vahid geostrateji gücə