20 iyul 2023 00:56
615

Şərəfini, ləyaqətini satan alçaqlar

«Qarabağa status» ifadəsi milli xəyanətkar Tofiq Yaqublunun ermənisayaq korrektəsidir

Belə bir məsəl var ki,  dostunu göstər, sənin kim olduğunu deyim. Son günlərdə xarici havadarlarından aldığı qrantlar hesabına  sarsaqlayan Tofiq Yaqublunun erməni sevgisinin  zühr etməsində ətrafındakı ermənipərəstlərin çox təsiri vardır. Çünki  yaxın çevrəsində toplaşan AXCP sədri Əli Kərimli, «Milli Şura»nın  kağızda adı çəkilən  sədri Cəmil Həsənli, müxalif düşərgənin Ledi Qaqası adlanan Gültəkin Hacıbəyli  kimiləri də Tofiq Yaqublu kimi ələbaxan milli xəyanətkarlardırlar. Həftə səkkiz, mən doqquz «Osmanqızı TV»-də Azərbaycan əleyhinə  şər-böhtanlar yağdıran Əli Kərimli tərəfindən təlimatlandırılan Tofiq Yaqublunun Xankəndi separatçılarının qondarma başçısı  Araik Arutyunyanın dili ilə danışması,  «Dağlıq Qarabağ ermənilərinin statusu olmalıdır» söyləməsi  belə bir şübhə yaradır ki,  illərdən bəri  dağıdıcı müxalifət düşərgəsindəki  partiyalar arasında yerdəyişmələr üzrə  çempion olan Tofiq Yaqublu həm də  Rusiyanın adamı  Ruben Vardanyandan, hətta  Azərbaycanın qatı düşməni Fransa Prezidenti Emmanuel Makrondan da   təlimat ( yəni, qrant) alır.  Çünki adları çəkilən bu düşmənlərimiz kimi düşünən  Tofiq Yaqublunun soyadına  «yan» şəkilçisinin əlavə ediləcəyi günün gələcəyi  heç kimdə şübhə doğurmasın. Hələ də milli mənsubluğu, şəxsiyyəti , «statusu» şübhəli olan Tofiq Yaqublunun hansı dinə, məzhəbə qulluq etdiy də müəmmalıdır.

 Tofiq Yaqublunun dilinin əzbəri olan və  erməni sevgisindən qaynaqlanan  «status» məsələsi bu milli xəyanətkarın yaralı yeridir. Özünü siyasətçi hesab edən  bu qondarma «bəyin»  deyəsən nəinki dünyadan, heç  yaxınlıqda baş verən hadisələrdən də xəbəri yoxdur. Çünki    ölkəmizdən kənarlarda belə  Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlarda, yüksək səviyyəli  beynəlxalq müzakirələrdə   artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ» ifadəsi işlədilmədiyi üçün «status» kəlməsi də gorbagor olub. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın da Qarabağın Azərbaycanın torpağı olduğunu təsdiqlədiyi məqamlarda   Ə.Kərimli-C.Həsənli qaragüruhunun yetirməsi olan və illərdən bəri xəyanətləri ilə  milli maraqlarımıza xələl gətirən Tofiq Yaqublunun  bu həqiqəti  daşnaksayaq korrektə etməsi  şərəfsizlikdən başqa bir şey deyildir. Cəmiyyəti çasdırmaq,  yanlara yaranmaq üçün xəyanətkar fəaliyyətini erməni lobbisinə yaltaqlanmaqla  bildirən,  yalan informasiyaları ilə ölkəmizin uğurlarına kölgə salan  Tofiq Yaqubyan rəsmi İrəvanın KİV-lərinə işləyərək Azərbaycan əleyhinə yanlardan artıq xidmət göstərir. «Milli Şura»nın tör-töküntülərindən olan, düşərgədə belə çıxdaş sayılan  tofiqlər Azərbaycanı yadellilərin beş-üç quruşuna satan ləyaqətini, milli mənlik və qürurunu  çoxdan itirənlərdəndir. Cəmiyyətdə yerləri olmadığı üçün xarici ölkələrdə  sülənən antimilliləri təlimatlandıran Əli Kərimlinin, Cəmil Həsənlinin buyruq qulu olan, özünü «demokrat» hesab edən  Tofiq Yaqublunun    tula payı kimi aldığı qrantların qarşılığı olaraq  Azərbaycan haqqında tirajladığı böhtanlara  özündən və özünə bənzər əlilərdən, cəmillərdən başqa inanan yoxdur.

Çünki  Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrəti, diplomatik uğurları haqqında dünya ictimaiyyətində istənilən qədər reallığı əks etdirən məlumatlar vardır. Bu gün  təkcə regionda deyil, dünyada, Avropada sayılıb-seçilən ölkələr arasında adı ilk sıralarda çəkilən respublikamızın uğurlarına heyran qalanların sayı  tofiqlərdən qat-qat çoxdur.  Demokratik islahatları, regionda yaratdığı reallıqları ilə  fərqlənən,  dünyanın siyasi müstəvisində aktuallığını qoruyan bütün məsələlərin müzakirəsində Azərbaycanın mövqeyi ilə razılaşırlar.  Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin nəticəsi olan və dünyanın enerji, nəqliyyat xəritələrinin  yenilənməsi  ilə bağlı ölkəmizə artan maraq beynəlxalq ictimaiyyətin gündəmindədir. Ermənistanın işğalından azad edilən Azərbaycan torpaqlarında aparılan yenidənqurma və bərpa işləri ölkəmizə gələnləri heyrətləndirir. Bütün bunları görməyən, erməni dəyirmanına su tökən Tofiq Yaqublunun  qan qardaşları haylara yaranması bağışlanılmaz milli xəyanətdir. Belə yerdə deyiblər ki, it hürər, karvan keçər.

Xuraman İsimayılqızı, «İki sahil»