16 iyul 2023 11:49
457

Erməni kilsəsi terrorizmi təbliğ edir

Erməni din xadimləri hansı ölkədə yaşamalarına baxmayaraq terrorizmi təbliğ edir, erməni millətindən olan terroristlərə xeyir-dua verir, hətta keşiş formasında əllərinə silah götürərək qətillərdə iştirak edirlər. Vətən müharibəsində dəfələrlə erməni keşişlərinin bu cür iyrənc hərəkətlərinin şahidi olmuşuq. 

Bu fikirləri “İki sahil”'ə açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

Deputat qeyd edib ki, erməni keşişləri çirkin əməllərini bu gün də Rusiyada davam etdirirlər. Rusiyadakı erməni kilsəsi erməni millətindən ibarət hərbi batalyon yaradaraq Ukraynaya qarşı işğalçı müharibəyə göndərilir. Erməni silahlıları dinc Ukrayna xalqına qarşı amansızlıqlar törədir, insanları qətlə yetirirlər. Erməni terror dəstələri Ukraynada Ermənistan bayrağı altında vuruşurlar.

Bu gün dünya ictimaiyyəti bir daha Ermənistan dövlətinin və erməni kilsəsinin terrorizmi dəstəklədiyini və bu cinayətin iştirakçısı olduqlarının şahidi olurlar.