15 iyul 2023 02:35
480

Azad edilmiş torpaqlarda geniş quruculuq işləri həyata keçirilir, hərbi gücümüz artır

Azərbaycanın dünya iqtisadiyyatlarının rəqabətlik reytinqində öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasına imkan vermişdir. 2012–2013–cü illər üçün dünya iqtisadiyyatlarının rəqabətlik reytinqində respublikamız dünyanın 50 ən rəqabətli iqtisadiyyatları qrupuna daxil olmuş və 144 ölkə arasında 46–cı olmuş və 2011–ci illə müqayisədə öz mövqeyini 9 pillə yaxşılaşdırmışdır. Makroiqtisadi sabitlik göstəricisinə görə Azərbaycan 18–ci yerdə olmaqla ilk iyirmilikdə qərarlaşmışdır. 2011–ci illə müqayisədə ən böyük artım (19 pillə) “Əmtəə bazarının səmərəliliyi” göstəricisi üzrə əldə edilmişdir.Azərbaycan “İnnovasiya potensialı” göstəricisi üzrə 14 pillə, “Texnoloji səviyyə” göstəricisi üzrə 13 pillə, institutların keyfiyyəti göstəricisi üzrə isə 5 pillə irəliləmişdir. Rəqabətlilik indeksinə görə Azərbaycan artıq 4 ildir ki, MDB məkanında liderdir.

Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri–neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdən ibarətdir.“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulr ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri–neft ixracının artımına səbəb olacaq.

Qeyri–neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır. Təkcə 2012-ci ildə ölkədə 60-dan çox sənaye müəssisəsi istifadəyə verilib. Gələcəkdə sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcək. Həmçinin, Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar parklarının təşkili istiqamətində ardıcıl işlər aparılır. Bundan başqa, Mingəçevirin sənaye potensialı və investisiya qoyuluşu imkanları araşdırılır. Qeyd edək ki, qeyri-neft məhsullarının ixracı isə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 13,5 faiz artıb. İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlığı, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər.

Belə ki, ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. Ölkəmizin maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi - bütün bu amillər imkan verdi ki, ilin ortasında büdcəyə yenidən baxılsın və dürüstləşmə aparılsın. Cari ilin dövlət büdcəsi 33 milyard manatdan çox səviyyəyə qalxmışdır. İlin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi imkan verdi ki, təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavələr edilsin. Bu gün Azərbaycanın büdcəsi 36 milyard manatdan çoxdur. Bu, imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edilsin, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verilsin və hərbi gücümüzü artıraq.

Dürüstləşmə zamanı bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edilmişdir. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə sərf ediləcək.

Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.

İqtisadi layihələrin miqyası bütün ölkəni əhatə edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir.

Ülkər Məmmədzadə,
6 saylı Bakı ASAN xidmət mərkəzinin əməkdaşı,
YAP Xətai rayon təşkilatının üzvü