13 iyul 2023 18:36
194

Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir

Makroiqtisadi sabitlik ilk növbədə insanların yaşayış səviyyəsinə təsir edir

Ölkəmizdə makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.

Bununla bağlı olaraq, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi. Maliyyə vəziyyətimizin böyük dərəcədə inkişafının bir çox səbəbləri var:  maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi,şəffaflığın təmin edilməsi. Bütün bu amillərin nəticəsidir ki,proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmışdır.

Bir çox ölkələrdə, hətta ölkələrin əksəriyyətində biz tamamilə başqa mənzərə görürük. Amma bizdə xarici ticarət balansımızın müsbət - yəni, profisiti çox böyük səviyyədədir. Ölkələrin böyük əksəriyyəti daha çox idxal edir, nəinki ixrac edir. Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir. Makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Yəni, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir. Biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik, ilk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, Azərbaycan tarixində ilk dəfədir. Tankerlərə də “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib.

Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək .

Bu gün ölkə başçısının mövqeyi  dövlətimizin suverneliyinin, müstəqilliyinin qorunmasına, hərbi təcavüzün hər cür təzahürünə qarşı mübarizəyə, iqtisadi inkişafa nail olmaqla sosial məsələlərin həllinə yönəlmişdir.

Şəhla Muradova, 
Bakı şəhəri,Xətai rayonu, 263 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini,
YAP  Xətai rayon təşkilatının üzvü