14 iyul 2023 11:24
557

Böyük Qayıdış proqramı ardıcıllıqla icra edilir

Müasir Azərbaycan Respublikası müstəqilliyinj elan etdiyi zaman qarşısına bir sıra məqsədlər qoymuşdu. Bu məqsədlərin içərisində həm xarici siyasət həm də Azərbaycan Respublikasının daxili siyasəti əsas rol tuturdu. Azərbaycan Respublikası müstəqilliyinin ilk günlərindən etibarən iqtisadiyyatı dirçəltmək,neft eləcə qeyri-neft sektorunu inkişaf etdirmək,sosial təminatın yaxşılaşdırılması ilə bağlı əsaslı addımlar atmışdı.1994-cü ildə bağlanan Əsrin Müqaviləsi ilə Azərbaycan nefti dünya ölkələrinə ixrac edildi,bununla da Azərbaycana kapital axışı başlandı. Bugünkü gündə də Azərbaycan Respublikası ölkənin iqtisadi əsaslarını daha da inkişaf etdirmək üçün mühüm işlər görür. Belə ki, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə dövlət başçısı çıxış edib, görülən işlər barəsində məlumat verib.Müşavirənin əsas mövzuları ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi idi. Altı ay ərzində qeyri-neft sektoru və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayesi 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır. Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Yəni, bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində təbii ki, Azərbaycan vətəndaşı dayanır. Çünki makroiqtisadi sabitlik təbii ki, ölkə iqtisadiyyatına təsir edir. Amma, ilk növbədə, bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsinədir. Bizdə isə həm minimum əməkhaqları, həm minimum pensiyalar müntəzəm olaraq artırılır. Bununla paralel olaraq manat sabitdir.

Müşavirədə ölkə başçısı Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər barədə məlumat verib: ”Bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi. Birinci istiqamətlə əlaqədar deyə bilərəm ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə, infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda, yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq.”

Daha sonra nəqliyyat sektorunda baş verən irəliləyişlərdən söz açılıb qeyd olunubki dövlət tərəfindən qoyulan sərmayə artıq öz bəhrəsini verib.Qeyd etmək lazımdır ki, bu yaxınlarda biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik, ilk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan tarixində, Cənab Prezidentin göstərişi ilə həll olunub. Tankerlərə də “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib. Ölkə başçısı müşavirə zamanı ekoloji tarazlıq məsələsinə də toxunub və bu sahədə əsaslı tədbirlərin görülməsi ilə tapşırıqlarını verib.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının "Geneal Şıxlınski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü