Bu gün Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında unikal xarici siyasət kursu həyata keçirir. Dünya dövlətləri ilə mövcud əlaqələrimiz günbəgün inkişaf edir, dərinləşir və ölkəmizlə yeni-yeni əməkdaşlıq müqavilələri imzalanır. Eyni zamanda, Azərbaycan dünyanın aparıcı təşkilatları ilə də yaxından əməkdaşlıq, beynəlxalq əhəmiyyətli layihələrə yüksək səviyyədə ev sahibliyi edir. Öz növbəsində dünya dövlətləri də Azərbaycanla əməkdaşlıq etməyə, mövcud əlaqələri daha da inkişaf etdirməyə, ölkəmizin ev sahibliyi etdiyi layihələrdə iştirak etməyə can atır. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan öz nüfuzuna və qüdrətinə görə dünyanın lider ölkələrindəndir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan-Albaniya münasibətləri hər bir sahə üzrə günbəgün yüksələn xətlə, dinamik şəkildə inkşaf etməkdədir. Həmçinin bu iki dövlət beynəlxalq təşkilatlarda hər zaman bir–birini dəstəkləmişdir. İyulun 7-də Albaniya Respublikasının Prezidenti Bayram Beqayın ölkəmizə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açmaqla yanaşı mövcud əlaqələrin inkişafına da böyük təkan verəcək. Rəsmi qarşılanma mərasimindən və görüşlərdən sonra hər iki ölkə Lideri mətbuata bəyanatlarla çıxış etdilər. Çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkələrimiz arasındakı sıx əlaqələrdən, fəal dialoqun mövcudluğundan bəhs edərək bildirdi ki, bu cür səfərlər ölkələrimiz arasındakı ikitərəfli münasibətləri gücləndirəcək . Cənab Prezident İlham Əliyev Azərbaycanla Albaniyanın beynəlxalq təşkilatlarda fəal fəaliyyətindən danışaraq Azərbaycanın olmadığı təşkilatlarda, ötənilki Frankofoniya Sammitində ölkəmizi dəstəklədiyinə, anti-Azərbaycan mahiyyəti olan bəndi blokladığına görə Albaniyaya minnətdarlığını bildirdi. Bu bir daha ölkəmizə olan yüksək hörmətin və Azərbaycanın qarşılıqlı münasibətlərdə qazandığı etibarın göstəricisidir.
Daha sonra ölkəmizin başçısı Azərbaycan-Albaniya münasibətlərində ticari, iqtisadi, sərmayə layihələri haqqında danışaraq bildirdi ki, Azərbaycan sərmayədarları Albaniyanın turizm, kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi araşdırmağa hazırdırlar. Əlbətdə bu ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərəcək.
Azərbaycan Prezindenti cənab İlham Əliyev öz çıxışında Azərbaycanla Albaniya arasındakı enerji əlaqələrindən danışaraq qeyd etdi ki, ölkələrimizin bu sahədəki əməkdaşlığı digər ölkələrə, xüsusən də Cənub Qaz Dəhlizinin hissəsi olan TAP üçün çox əhəmiyyətlidir. Ölkəmizin başçısı gələcəkdə nəzərdə tutulan enerji layihələri haqqında da məlumat verdi:
“Ümumilikdə Albaniya Respublikasının Prezidenti Bayram Beqayın ölkəmizə səfəri iki ölkə arasındakı mövcud əlaqələrin inkişafı və yeni-yeni əməkdaşlıq perspektivləri baxımından xeyli məhsuldar və səmərəli oldu”