08 iyul 2023 23:08
736

İqtisadi münasibətləri siyasi münasibətlər müəyyənləşdirir

Dövlətlərarası münasibətlər qarşılıqlı rəsmi səfərlərlə daha da möhkəmlənir. Hər səfər mü­əy­yən məsələlərin həllində istər cari, istərsə də perspektiv əhəmiyyətli olur. Belə səfərləri dün­ya­nın aparıcı dövlətləri də diqqətlə izləyir. Albaniya Respublikasının Prezidenti Bayram Beqayın Azərbaycana rəsmi səfəri də beynəl­xalq ictimaiyyəti həm də bu baxımdan maraqlandırdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Albaniya Respublikasının Pre­zi­denti Bayram Beqay mətbuata bəyanatlarla çıxışlarında iki dövlət arasında münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyini bildiriblər.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iki dövlət arasında münasibətlərin bəşəri əsaslarını xatırladaraq Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya minnətdarlığını bildirdi. Bu, siyasi səmimiyyətin təzahürüdür. Siyasi səmimiyyət isə həmişə siyasi əməkdaşlıqda ən etibarlı vasitə olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında qeyd etdi ki, “Bu gün biz, əlbəttə, ölkələrimiz arasında gələcək siyasi münasibətləri, beynəlxalq təşkilatlarda birgə fəa­liy­yətimizi müzakirə etdik. Eyni zamanda, birmənalı olaraq gündəliyimizdə duran ticari, iqtisadi məsələləri, sərmayə imkanlarını nəzərdən keçirdik. Mən bir daha vurğuladım ki, Azərbay­can sərmayədarları Albaniyada istər turizm, istər kənd təsərrüfatı və ya hər hansı digər sahədə sərmayə layihələrini ciddi araşdırmağa hazırdırlar. Hesab edirəm ki, gələn aylarda bizim bu haqda daha çox məlumatımız olacaq və həmçinin münasibətlərimizdə yeni səhifə açılacaq”. İki ölkə arasında 2024-cü ildə Bakıda birgə hökumətlərarası komissiya yaradılmsı haqqında razılıq var. Ölkə başçısının dediyi kimi, bu razılıq “konstruktiv ruhun və iki ölkə arasında mövcud olan anlaşmanın aydın təcəssümüdür”...

Albaniya Respublikasının Prezidenti Bayram Beqay çıxışında qeyd etdi ki, “Albaniya Azər­bay­canın regional enerji layihələrinin inkişafına artmaqda olan diqqətini alqışlayır və bu, Qərbi Balkan ölkələrini daha da yaxınlaşdıracaq. Eyni zamanda, bu, onların enerji təhlükəsizliyini güc­ləndirəcəkdir”. Bu fiikir iki ölkə arasında siyasi münasibətlərə əsaslanan iqtisadi münasi­bət­lərin istiqamətinin göstəricisi kimi qəbul edilir...

 Səbinə Xasayeva,

Milli Məclisin deputatı