Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Qarabağdakı rus sülhməramlılarının nəzarət etdiyi ərazidə, yəni Xankəndidə guya “hakimiyyətini” elan edən qondarma və oyuncaq rejimin “prezidenti” Araik Arutyunyanın Ermənistan mətbuatında Rusiya Prezidenti Vladimir Putinə kömək üçün yalvarış məktubu yazdığı barədə məlumat yayılıb. Ancaq bununla bağlı bəzi ziddiyyətli informasiyalar da gəlir. Belə ki, qondarma qurumun “prezidenti”nin “mətbuat katibi” Lusine Avanesyan həmin məlumatla əlaqədar “heç bir şərh yoxdur” cümləsini işlədib. O, sanki bununla mətbuata tapmaca satıb. Necə yəni, məktub göndərilibsə şərh niyə yoxdur?
Ermənistan mediasının nümayəndələri mətbuat katibindən “məktubun həqiqətən də Vladimir Putinə ünvanlanıb-ünvanlanmadığını soruşurlar. Müraciət edənlər əgər belə bir məktub göndərilibsə, Rusiya Federasiyasının Prezidentinin cavabının necə olduğunu” öyrənmək istəyirlər. Bütün suallara sükutla müəmmalı cavab verilib. Maraqlananların təkidlə cavab almaq istəmələrinin səbəbi var.
Xatırladaq ki, qondarma qurumun yüksək vəzifəli şəxslərindən biri-“antiböhran şurası”nın sədri Tiqran Petrosyan bir müddət əvvəl bildirmişdi ki, separatçı rejimin “rəhbəri” Araik Arutyunyan Vladimir Putinə bölgədəki vəziyyətlə bağlı məktub göndərərək ondan kömək istəyib. Təbii ki, suda boğulan gümanı gəldiyi hər şeydən yapışmağa çalışar. Ancaq burada təəccüb doğuran bir çox məqamlar var. Artıq çoxdan bəllidir ki, Araik qarın agrısına düşən kimi illac üçün Moskvaya qaçır. Moskvaya ha, İrəvana yox. Moskvadan Nikol Paşinyanın yerinə hazırlanıb göndərilmiş milyarder Ruben Vardanyana qucaq açır, “İrəvana doğru start götürmək üçün” ona şərait yaradır. Bu da o anlama gəlir ki, Rusiyanı Ermənistandan çıxarmağa çalışan Nikol Paşinyanla Araik Arutyunyan eyni istiqamətə getmirlər, yolları əksdir. Bu da məlumdur ki, onların hər birinin xaricdəki ağaları da itlə-pişik kimi davranırlar. Ancaq bilinmir ki, onların hansı itdir, hansı pişik.
Maraqlı və təəccüblü odur ki, anti-Rusiya təbliğatına şəxsən özü “dirijorluq” edən Ermənistanın baş naziri Nikol Paşinyan Yevgeni Priqojinin silahlı çevrilişə cəhdi günlərində Prezident Putinə dəstək verməyə hazır olduğunu bildirdi. Yəqin Nikol Vovayeviçin bu vədinə bişmiş toyuqlar da şaqqanaq çəkib güldü. O boyda mənsəb sahibi unudub ki, hazırda onun sərhədlərini rus əsgərləri qoruyur. Necə deyərlər, kəsəyə bax, daşa ürək-dirək verib qahmar çıxır...Əgər Paşinyan Vladimir Putinin portretlərinin cırılıb atılmasını, Rusiyanın dövlət bayrağının İrəvan küçələrində yandırılmasını təşkil etməsəydi, rusları sıxışdırıb vəzifədən və Ermənistandan qovmasaydı bəlkə də onun səmimiliyinə inanmaq olardı. Ancaq bunlarla bərabər digər qələtləri də qıran kəsə ən sadəlövh birisi belə inanmaz. Rusiyanın sərhəd qoşunlarını, 102-ci hərbi bazasını və sülhməramlı kontingentini ölkəsindən çıxarmaq üçün quyular qazan Paşinyanın yardımına Rusiya necə arxalana bilər? Məsələ heç bunda da deyil.
Rusiyada artıq anlayırlar ki, “dostlarına” yaltaqlıqla yarınmaq, istifadə etdikdən sonra xəncəri kürəyindən saplamaq ermənilərin tipik xüsusiyyətlərindən biridir ki, dünyanın heç bir millətində belə görünməmiş namərd xarakter yoxdur. Haylar yaranışlarından insana xas olmayan xüsusiyyətlərini məharətlə gizlədə biliblər, özlərini “yazıq”, “məzlum” kimi tanıtmağa nail olublar. Nəhayət, riyakarlıqları faş olub. Ermənilərin yüz illər boyu yerə-göyə sığmayan həyasızlıqları və çoxüzlülükləri təəccübdən də o yana keçir. Nə qədər dondan-dona girmək olar? Cildini sifətini, simasını, əqidəsini nə qədər dəyişmək olar? Son beş ildən artıq müddətdə Rusiyaya meydan oxuyan ermənilər necə olur ki, birdən-birə dönüb canıyanan olur, ona kömək etməyə hazır olduqlarını bildirirlər? Bizdə el arasında deyirlər, nə ilə Alış? Hayların bu hərəkəti isə lap dilənçinin milyonçuya qəpik-quruş təklif etməyinə oxşayır.
Görünür, hayların ata-babadan ar-abırları yerli-dibli olmayıb. Əgər abır-həyaları olsaydı onlara öz torpağında yaşamaq və dövlət qurmaq üçün yer verən Azərbaycana yüz illərlə minnətdar olmalı idilər. Amma əksini etdilər. Ayaqlarına yer eləyəndən sonra azərbaycanlıları müxtəlif iyrənc variantlarla öz doğma torpaqlarından qovmağa başladılar, dəhşətli qətliamlar törətdilər, insanlığa sığmayan bir çox vəhşiliklər etdilər. Əslində heç bu da təəccüblü deyil. Kim bilməsə də biz bilirik bunların xislətini və xəstəliyini. Ona görə ki, onlar bütün məkr və hiylələrini bizə qarşı işlədiblər, bütün vəhşiliklərini Azərbaycan xalqına göstəriblər. Amma hayların əcaib və yaramaz toplum olduğunu tək-tək də olsa bilənlər də olub. Bəşəriyyətin yaxşı tanıdığı Karl Marks, Əmir Teymur, Aleksandr Puşkin kimi böyük simalar hayların dabbaqda gönünə bələd olublar ki, bildiyimiz o çür rişxənd və təhqir dolu fikirləri söyləyiblər. Özü də elə fikirlər ki, sanki zərgər dəqiqliyi ilə hayların boyuna biçilib. Ona görə də haylar dünyanın superhəyasızları kimi bədnam ad qazanıblar.
Vəli İlyasov, “İki sahil”