İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
“İki sahil” xəbər verir ki, Kataloniya təmsilçisi son olaraq Bilbao "Atletik"ində çıxış etmiş İnyiqo Martineslə müqavilə imzalayıb.
32 yaşlı ispaniyalı müdafiəçi azad agent kimi komandaya keçib.
Qeyd edək ki, "Real Sosyedad"ın yetirməsi olan İnyiqo Martines 2018-ci ildən "Atletik"in formasını geyinib.