04 iyul 2023 15:51
464

Vüsal İsgəndərli "Sumqayıt"la vidalaşdı

"Sumqayıt"dan ayrılan Vüsal İsgəndərli komanda ilə vidalaşıb.

“İki sahil” xəbər verir ki, Albaniyanın "Eqnatiya" klubuna keçəcəyi gözlənilən 27 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında  "Sumqayıt"a uğurlar arzulayıb: "Uğurlar, "Sumqayıt"! Bir il ərzində hər oyunda yanımda olan komanda yoldaşlarım, hər zaman yanımızda olan azarkeşlərimiz, haqqınızı halal edin".

Qeyd edək ki, Vüsal İsgəndərli ötən mövsüm "Sumqayıt"da 35 rəsmi matçda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.