Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu yeni transfer həyata keçirib.
“İki sahil” xəbər verir ki, Şotlandiya "Seltik" indən Jota Neveşin ərəb təmsilçisinə keçidi rəsmiləşib. "Sky Sports"un məlumatına görə, 24 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb. Transfer "Əl-İttihad"a 29 milyon avroya başa gəlib.
Jota Neveş son mövsüm Şotlandiya liqasında 33 oyunda meydana çıxıb, 11 qol vurub və 11 qolun ötürməsini edib.
Əlavə edək ki, "Əl-İttihad" daha öncə "Real"dan ayrılan Kərim Benzemanı da heyətinə qatıb.