Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun və Azərbaycan millisinin üzvü Mahir Emreli yenidən Türkiyə Super Liqasında çıxış etməyə yaxındır.
“İki sahil” xəbər verir ki, "Fotomac"ın yaydığı məlumata görə, 26 yaşlı azərbaycanlı hücumçu ilə "Adana Demirspor" maraqlanır.
Xatırladaq ki, Mahir Emreli ötən mövsüm icarə əsasında Türkiyədə "Konyaspor"un formasını geyinib. Oyunçunun Zaqreb "Dinamo"su ilə müqavilə müddəti 2026-cı ilin yayında bitəcək.