İngiltərənin “Kristal Pelas” klubu baş məşqçisi Roy Hocsonla müqaviləni uzadıb.
“İki sahil” xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
75 yaşlı mütəxəssislə yeni müqavilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub. Hocson bu ilin martında Patrik Vieyranı əvəz edib.
Qeyd edək ki, mütəxəssis 2017-21-ci illərdə də “Kristal Pelas”ı çalışdırıb.