03 iyul 2023 16:55
370

"Qarabağ" türkiyəli hücumçu üçün rəsmi təklif göndərdi

Türkiyənin "Samsunspor" klubunun futbolçusu Ahmet Saqat karyerasını Azərbaycanda davam etdirə bilər.

“İki sahil”  "Ajansspor"a istinadən xəbər verir ki, "Qarabağ" 27 yaşlı hücumçu üçün I Liqa təmsilçisinə təklif göndərib.

"Köhlən atlar"la yanaşı, Belçika təmsilçisi "Mexelen" də türkiyəli oyunçu ilə maraqlanır.

Azərbaycan klubunun bu transferdə israrlı olduğu bildirilir.

Qeyd edək ki, Ahmet Saqat ötən il "Menemenspor"dan "Samsunspor"a keçib.