03 iyul 2023 14:33
339

"Çelsi"də baş məşqçi təyinatı rəsmiləşdi

"Çelsi" Maurisio Poçeettinonun komandaya baş məşqçi təyin olunmasını rəsmiləşdirib.

“İki sahil” xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Argentinalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Poçettinonun son klubu PSJ olmuşdu. O, 2022-ci ilin iyul ayıda vəzifəsindən ayrılmışdı. "Çelsi"nin son baş məşqçisi isə Frank Lempard olub. O, bu vəzifədə aprel ayında istefaya göndərilən Qrem Potteri müvəqqəti olaraq əvəzləyirdi.