03 iyul 2023 01:03
420

Patrik Vieyra "Strasbur"da

"Kristal Pelas"dan ayrılan Patrik Vieyranın yeni klubu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, o, "Strasbur"un baş məşqçisi təyin edilib. Bu barədə Fransa Liqa 1 təmsilçisinin saytı məlumat yayıb. Mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, P.Vieyra martda "Kristal Pelas"da istefaya göndərilmişdi.