02 iyul 2023 23:29
348

AVRO-2023: İngiltərə yarımfinalda

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, bu gün 1/4 finalda İngiltərə və Portuqaliya milliləri qarşılaşıb.

Gürcüstanın Kutaisi şəhərində keçirilən matçda İngiltərə millisi 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 34-cü dəqiqədə Entoni Qordon vurub.

Yarımfinala yüksələn İngiltərə yığması burada İsraillə üz-üzə gələcək. Yarımfinalın digər iştirakçısı İspaniyanın rəqibi isə bu axşam keçiriləcək Fransa - Ukrayna matçından sonra bəlli olacaq.