Ukrayna millisinin sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenkonun oğlu Kristian Şevçenko "Uotford" klubu ilə müqavilə bağlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə 16 yaşlı hücumçu İnstaqram hesabında paylaşım edib. O, İngiltrərə klubunun gənclərdən ibarət komandasında çıxış edəcək.
Qeyd edək ki, Kristian kişik yaşlarında "Çelsi"nin akademiyasında olub. O, 2022-ci ildə "Çelsi"dən "Tottenhem"ə keçib.