02 iyul 2023 18:54
347

Ferstappen Avstriya Qran Prisinin qalibi olub

“Red Bull” komandasının pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının 9-cu turu olan Avstriya Qran Prisinin qalibi olub.

“İki sahil” xəbər verir ki, ikinci yeri “Ferrari”dən olan moneqasklı Çarlz Lekler tutub. İlk üçlüyü digər pilot, “Red Bull”un meksikalı pilotu Serxio Peresi bağlayır.

Ferstappen "Formula 1"də 42-ci qələbəsini qazanıb.