02 iyul 2023 17:27
521

"Milan" Tataruşanu ilə müqaviləni yeniləmədi

"Milan" qapıçı Çiprian Tataruşanu ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 37 yaşlı qolkiperin başa çatan müqaviləsi uzadılmayıb.

Qeyd edək ki, "Milan" Çiprian Tataruşanunu 2020-ci ilin yayında "Lion"dan transfer etmişdi. Rumıniyalı qapıçı komandanın heyətində 37 oyun keçirib.